ƏBDÜLƏZİZ İbn Sәud (; 24.11.1880, Ər-Riyad – 9.11.1953, Taif) – Nәcdin әmiri (1902 ildәn), Sәudilәr sülalәsindәn olan Sәudiyyә Ərәbistanı kralı (1932 ildәn). Osmanlı imperiyasının vassalı hesab olunurdu. 1915 ildәn İngiltәrә tәrәfindәn müstәqil hakim kimi tanınmışdır. “İhvani-müslimin” dinisiyasi hәrәkatına arxalanaraq, Ərәbistanda hakimiyyәt uğrunda mübarizәyә başladı, Cәbәl-Şәmmәri (1921), Hicazı (1924–25), Əsiri (1932) әlә keçirdi. İslam dünyasının dini başçısı olmaq niyyәti güdәn Ə. qәdim әrәb cәmiyyәtini dәyişmiş, dövlәt institutları, müasir ordu qurmuş, hüquq sistemini unifikasiya etmişdir. O, ingilis himayәsindәn çıxmağa çalışaraq, ABŞ ilә münasibәtlә ri inkişaf etdirirdi. 1933 ildә “Standart oil of California” Amerika şirkәtinә neft ha silatı üçün konsessiya verdi. İkinci dünya müharibәsi zamanı bitәrәflik saxladı. Ə. Misir kralı Farukla İordaniya vә İraq Haşimi lәrinә qarşı ittifaq bağladı. Yaxın Şәrq münaqişәsindә fәlәstinlilәri dәstәk lәmişdir. XX әsrdә hakimiyyәt oğullarına keçmişdir.