ƏBDÜLƏZİZ İBN ŞƏRƏFƏDDİN TƏBRİZİ (?–?) – 14 әsr Azәrb. misgәri. Metaldan müxtәlif әşyalar hazırlamışdır. Ə.-in 1399 ildә düzәltdiyi mәşhur tunc tiyanın (ağırlığı 2 t, diametri 2,5 m) üzәrindәki naxışlar arasında nәsx xәtti ilә yazılmış kitabәdәn aydın olur ki, bu sәnәt әsәri Teymurun sifarişi ilә Xoca Əhmәd Yәsәvi mәscidi (keçmiş Türküstanın Yası ş., indiki Qazax.-ın Türküstan ş.-ndәdir) üçün Tәbrizdә düzәldilmişdir. Gül formasında hazırlanmış 10 qulplu bu nadir tiyan orta әsrlәrdә Azәrb.-da metaltökmә sәnәtinin yüksәk sәviyyәdә inkişaf etdiyini göstәrir.
Bu unikal sәnәt әsәri 1930-cu illәrdә sәrgidә nümayiş etdirilmәk adı ilә SanktPeterburqa aparılmış, sәrgi bitdikdәn sonra isә Ermitajda saxlanmışdır. Qazax. Resp.nın tәlәbi ilә tiyan 1989 ildә Xoca Əhmәd Yәsәvi mәscidinә qaytarılmışdır.
Əd.: Rasim Əfәndi. Azәrbaycan dekorativ-tәtbiqi sәnәtlәri (orta әsrlәr). B., 1976.
Ябдцлязиз ибн Шяряфяддин Тябризи. Тунъ тийан. 14 яср.