Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏBDÜLHƏQ HAMİD TARHAN

    ƏBDÜLHƏQ HAMİD TARHAN (Abdülhak Hamit Tarhan) (2.1.1852, İstanbul – 13.4.1937, İstanbul) – türk şairi, dramaturq. Türk әdәbiyyatında romantizmin banilәrindәndir.  İbtidai tәhsilini mәhәllә mәktәbindә vә Parisdәki özәl mәktәbdә almış, sonra İstanbul vә Tehranda xüsusi mәktәblәrdә fars, әrәb dillәrini vә әdәbiyyatını öyrәnmişdir.  1876–1912 illәrdә fasilәlәrlә Fransa, Hindistan, B.Britaniya vә Belçikada diplomatik vәzifәlәrdә, 1914–18 illәrdә Böyük Millәt Mәclisindә çalışmışdır. 1928–37 illәrdә millәt vәkili olmuşdur.

    Ə.H.T. diqqәti cәlb edәn ilk şeirlәrini Bombeydә (“Kürsiyi-istiğrak”, “Külbeyiiştiyak”, “Zәmaneyi-ab”) vә Londonda (“Hayd park”dan keçәrkәn”) yazmışdır. Qәrb mәdәniyyәti vә әdәbiyyatının tәsiri ilә türk әdәbiyyatına forma vә mәzmun yeniliklәri gәtirәn Ə.H.T. “şairi-әzәm”, “dahiye-әzәm” adları ilә tanınmışdır. “Sәhra” adlı ilk şeir kitabını yazmaqla türk әdәbiyyatına yeni tәbiәt, insan vә hәyat anlayışlarını gәtirmişdir. Şeir vә pyeslәrindә sevgi, tәbiәt, ictimai mәsәlәlәr, gündәlik hәyat problemlәri, tarix, vәtәn, Tanrı, ölüm, axirәt, ruh, әzәlilik, әbәdiyyәt kimi müxtәlif dini vә metafizik mövzulara toxunmuşdur. Ə.H.T. әruzun bütün bәhrlәrini yeni qәlibә salmış, әruz-heca qarışığından ibarәt, bәzәn dә tamamilә qafiyәsiz yeni formalar sınamışdır. Türk әdәbiyyatında mәnzum dramın yaradıcısıdır. İlk pyesi olan “Macәrayi-eşq”dә (1873) Tehran xatirәlәri әks olunmuşdur. “Duhteri-hindu” (“Hind qızı”, 1876) әsәrindә ingilis zülmünә qarşı çıxaraq, öz haqlarını müdafiә edәn hind xalqının mübarizәsi fonunda dolayı yolla olsa da, Türkiyәdәki bәzi problemlәri göstәrmәyә çalışmışdır. “Tariq, yaxud Əndәlüsün fәthi” pyesindә (1879) İspaniyanın müsәlmanlar tәrәfindәn fәth olunmasından bәhs etmişdir. “Bunlar odur” әsәrindә Hindistan tәbiәti barәdә yazmış, xatirәlәrini qәlәmә almışdır. Gәnc yaşda vәfat edәn hәyat yoldaşının ölümünә hәsr etdiyi “Mәqbәr” (1885) әsәrindә ölümün mahiyyәtini açmağa çalışmış, bu dәhşәtli yoxluq qarşısında hәyatın mәnasızlığını vurğulamışdır. Xatirәlәrini “İkdam” (1924) vә “Vakit” (1924; 1925) qәzetlәrindә nәşr etdirmişdir. “Divanәliklәrim, yaxud Şәhәr” (1885), “Ölü” (1885), “Sәhra” (1897), “Validәm” (1913), “İlhami-vәtәn” (1915) vә s. mәşhur şeirlәrin, “İçli qız” (1875),  “Nәstәrәn” (1878), “Əşbәr”  (1880),  “Finten”  (1916),  “Nazife” (1917), “Ruhlar” (1922) adlı pyeslәrin müәllifidir. “Hind qızı” dramı Azәrb. sәhnәsindә tamaşaya qoyulmuşdur (1927).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç