Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏBDÜLHƏMİD I

    ƏBDÜLHƏMİD I (20.3.1725, İstanbul –7.4.1789, İstanbul) – Osmanlı sultanı [1774–89]. Sultan III Əhmәdin oğlu, Sultan III Mustafanın qardaşı. III Mustafanın 43 illik   hakimiyyәti zamanı sarayda qapalı hәyat keçirәn I Ə. Osmanlı dövlәtinin böhranlı dövründә 49 yaşında taxta çıxmış vә tәcrübәsiz olduğundan dövlәt işlәrini Muhsinzadә Mehmed  Paşanın vasitәsilә idarә etmәyә başlamışdır. I Ə.-in hakimiyyәti zamanı ruslar üzәrinә göndәrilәn qüvvәlәr Qozlucada mәğlubiyyәtә uğradıqdan sonra Sultan III Mustafa dövründә başlamış vә 5 il davam edәn Osmanlı–Rusiya müharibәsi iyulun 21-dә Küçük Qaynarca sülhünün (1774) bağlanması ilә nәticәlәnmişdir. Bu müqavilәnin ağır şәrtlәrinә görә, Osmanlı dövlәti şm.-da geniş әrazilәri (Böyük vә Kiçik Kabarda) itirmәklә bәrabәr, Krım xanlığının müstәqilliyini (Yeniqala, Kerç, Azak vә Kilburun qalaları Rusiyanın tabeliyinә keçmәklә), Moldova vә Valaxiyanın muxtariyyәtini dә tanıyırdı. Əvvәllәr Fransa vә İngiltәrәyә verilәn ticarәt imtiyazları Rusiyaya da şamil edildi.

    Müharibәdәn sonra I Ə. әsas diqqәtini dövlәtdәki üsyanların yatırılmasına yönәltdi. 1775 ildә Rusiya donanması admiralları ilә sövdәlәşәn Zahir Ömәrin üsyanını, 1779 ildә isә Misirdәki qiyamı yatırtdı. 1775 ildә Avstriya Bukovinanı işğal etdi, 1776 ildә İran şahı Kәrim xan Zәndin Bәsrә ş.-ni tutub Bağdad әtrafını vә Cәnub-Şәrqi Anadolunu talan etmәsi iki ölkә arasında münasibәtlәrin gәrginlәşmәsinә gәtirib çıxardı. Osmanlılar Bәsrәni geri almağa nail oldular. Krım xanının tәyin edilmәsi mәsәlәsi I Ə.-in hakimiyyәtinin son illәrindә Rusiya ilә Osmanlı dövlәtini qarşı-qarşıya qoydu. 1779 ildә Fransanın vasitәçiliyi ilә İstanbulda saziş imzalandı. Bu razılaşmaya görә, Krım xanlığının müstәqilliyi tәsdiqlәnir, ruslar buradan qoşunlarını geri çәkir, Osmanlı dövlәti isә Rusiyanın tәyin etdiyi Şahin Gәrayı xan kimi tanıyırdı. Rusiyanın tәkcә Krım üzәrindә deyil, bütün Balkan y-a-nda möhkәmlәnmәsi siyasәti qarşılığında I Ə. Cәnubi  Qafqazda  nüfuz  dairәsini  güclәndirmәyә çalışırdı. Rusiyanın tәhriki ilә Krım xanı Şahin Gәrayın Avropasayağı dövlәt qurmaq mәqsәdilә apardığı islahatlar xalqın üsyanına sәbәb oldu vә xan Krımı tәrk etdi. Rusiyanın Krıma göndәrdiyi marşal Potyomkin minlәrcә müsәlmanı qәtlә yetirәrәk, Şahin Gәrayı xanlığa qaytardı vә bir müddәt sonra yenidәn Krıma gәlәrәk 1784 il yanvarın 9-da “Krım sәnәdi” adlandırılan 3 maddәlik müqavilә ilә Krımı Rusiyanın tәrkibinә qatdı. Ordudakı nizamsızlıq vә döyüş hazırlığının aşağı sәviyyәdә olması sәbәbindәn I Ə. yeni bir müharibәyә qoşulmadı.

    Rusiyanın әldә etdiklәri ilә kifayәtlәnmәyәrәk, Osmanlı dövlәtinә qarşı Avstriya ilә birlәşmәsi 1787 ildә I Ə.-in Rusiyaya müharibә elan etmәsi ilә nәticәlәndi. Müharibәnin әvvәlindә ruslar Özi qalasını әlә keçirdilәr. Avstriya da Osmanlı dövlәtinә müharibә elan etmәdәn hücuma keçdi. Vәzir Koca Yusuf Paşanın rәhbәrliyi altında Osmanlı qoşunları imperator II Jozefin ordusunu mәğlubiyyәtә uğratdı, lakin ruslara qarşı döyüşlәr uğursuzluqla nәticәlәndi. Yaş vә Hotin qalaları da rusların әlinә keçdi. Özi qalasını geri qaytarmaq üçün göndәrilәn Osmanlı donanması mәğlub oldu (1789). Belә mәğlubiyyәt xәbәrini alan I Ə. vәfat etdi.

    Xarici siyasәtdә uğursuzluqlarına baxmayaraq, I Ə. ordu vә donanmada islahatlar keçirmiş, nәşriyyat işinә qayğı göstәrmiş, geniş tikinti işlәri aparmış, onun dövründә bir çox memarlıq abidәlәri ucaldılmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç