Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏBDÜLHƏMİD II

    ƏBDÜLHƏMİD II (21.9.1842, İstanbul –10.2.1918, İstanbul) – Osmanlı sultanı [1876–1909]. Sultan I Əbdülmәcidin oğludur. Konstitusiyaya әsaslanan dövlәt qurmaq   mәqsәdilә sultan Əbdülәzizi vә sultan V Muradı devirәn Midhәt paşa vә onun tәrәfdarları ilә razılığa gәlәrәk 1876 il avqustun 31-dә taxta çıxmışdır. Hakimiyyәti dövründә dövlәtin  bütövlüyünün qorunması uğrunda vә xarici müdaxilәyә qarşı uğurlu siyasәt hәyata keçirmişdir. Bu dövrdә Osmanlı imperiyasını Bosniya-Hersoqovina vә Bolqarıstanda baş verәn üsyanlar bürümüşdü, Serbiya vә Çernoqoriya ilә müharibәlәr gedirdi, imperiya böhran içindә idi. II Ə. Serbiya ilә müharibәdә uğurlar әldә etsә dә, Rusiyanın tәkidi ilә 3 aylıq atәşkәs müqavilәsi imzalamağa mәcbur oldu. 1876 il dekabrın 23-dә Balkan y-a-ndakı vәziyyәti müzakirә etmәk üçün Paris sülh müqavilәsinin (1856) imzalanmasında iştirak edәn dövlәtlәr İstanbulda Tәrsanә konfransına toplandı. Hәmin gün Osmanlı dövlәtinin ilk konstitusiyası (Qanun-i Əsasi) qәbul edildi. Bu konstitusiyanı ciddi hesab etmәyәn Qәrb dövlәtlәri konfransda Osmanlı dövlәtinә vә Balkanlarda ağır güzәştlәrә getmәyi tәklif etdilәr. Lakin dövlәtin müstәqilliyini tәhlükә altına alan hәmin tәkliflәr II Ə. tәrәfindәn rәdd edildi. İlk konstitusiyanın tәrtibçisi Midhәt paşanı baş vәzir vәzifәsindәn kәnarlaşdırıb sürgünә göndәrәn II Ə. 1877 ilin martında parlamentin ilk toplantısını açıq elan etdi. Rusiyanın hәrbi müdaxilәsinin qarşısını almaq üçün İngiltәrәnin tәşәbbüsü ilә hazırlanan London protokolunun ağır şәrtlәrinin mәclis tәrәfindәn rәdd edilmәsi 1877 ilin aprelindә Rusiyanın Osmanlı dövlәtinә qarşı müharibәyә başlamasına sәbәb oldu. Rusiya qoşunlarının ş.-dә Ərzuruma, q.-dә Ədirnәyә gәlib çıxması II Ə.-i atәşkәs istәmәyә vadar etdi. O, rusların irәli sürdüklәri şәrtlәrin mәclisdә müzakirәsinә çalışsa da, ayrı-ayrı qrupların mübarizә meydanına çevrilmiş mәclis bu mәsuliyyәti üzәrinә götürmәdi. Konstitusiyaya uyğun olaraq ilk mәclis buraxıldı. II Ə. 1878 ilin yanvarında ikinci mәclisi toplasa da, dövlәt idarәçiliyini öz әlindә cәmlәşdirdi. 1878 il martın 3-dә Rusiya ilә San-Stefano sülh müqavilәsi bağlandı. Müqavilәyә görә, Çernoqoriya, Serbiya vә Rumıniya müstәqillik әldә edir, Dunaydan Egey dәnizinә qәdәr uzanan Bolqarıstan (Makedoniya da daxil olmaqla) Osmanlı imperiyasından asılı müstәqil dövlәtә çevrilirdi. Bosniya-Hersoqovina, Krit vә ermәnilәrin yaşadıqları vilayәtlәrә Osmanlı imperiyasının tәrkibindә muxtariyyәt verilirdi; Qars, Ərdәhan, Batum, Bәyazid Rusiyanın tәrkibinә qatılır, Osmanlı dövlәti üzәrinә ağır tәzminat qoyulurdu. İngiltәrәnin tәşәbbüsü ilә keçirilәn Berlin konqresindә (1878) Osmanlı imperiyasına edәcәyi dәstәk müqabilindә Kipr B.Britaniyanın idarәçiliyinә verildi. Rusiya ilә gizli razılığa gәlәn İngiltәrәdәn vәd etdiyi dәstәyi görmәyәn Türkiyә Osmanlı dövlәtinin parçalanmasını sürәtlәndirәn, böyük әrazi itkilәri vә ağır tәzminat ödәnmәsi şәrtlәrini әks etdirәn Berlin müqavilәsini (1878) imzalamağa mәcbur oldu. Bundan sonra Avstriya Bosniya-Hersoqovinanı (1879), Fransa Tunisi (1881), İngiltәrә Misiri (1882), bolqarlar isә Şәrqi Rumelini (1885) әlә keçirdi.

    II Ə. sonrakı xarici siyasәtini Misirdә İngiltәrә ilә Fransanı, Bәsrә körfәzindә isә İngiltәrә ilә Almaniyanı qarşı-qarşıya qoymaqla davam etdirdi. O, ingilis casuslarının әrәb milliyyәtçiliyini yaymaq, xәlifәliyin әrәblәrin haqqı olduğu iddiası ilә Misir hakimini xәlifә etmәk cәhdlәrinә qarşı panislamizm siyasәti ilә cavab verdi: tәriqәt şeyxlәri vә nüfuzlu qәbilә başçılarından istifadә edәn II Ə., hәtta Cәnubi Afrika vә Yaponiya kimi uzaq ölkәlәrә din alimlәrini göndәrәrәk islamın yayılmasına çalışdı. Pekindә (Çin) II Ə.-in adına İslam un-ti açıldı vә qapısına türk bayrağı asıldı. O, Şamdan Mәkkәyә qәdәr uzanan Hicaz d.y.-nu inşa etdirdi. İslam dininin Osmanlı dövlәtindә güclәndiyini görәn Qәrb dövlәtlәri qeyri-müsәlman xalqlarına bәrabәrhüquqlu münasibәt göstәrilmәmәsi iddiası ilә tәzyiqlәrini artırdı. Lakin II Ə. ermәnilәrin yaşadıqları vilayәtlәrdә islahatlar keçirilmәsi adı ilә onlara muxtariyyәt verilmәsindәn çәkinәrәk Berlin müqavilәsinin 61-ci maddәsinin icrasından qәti şәkildә imtina etdi, sionistlәrin Fәlәstindә yәhudi dövlәti qurmaq cәhdlәrinin dә qarşısını aldı. Eyni zamanda dövlәtin maliyyә ehtiyatlarının bu istiqamәtdә siyasәti davam etdirmәyә imkan vermәdiyini görәn II Ə. ermәni mәsәlәsindә Türkiyәni dәstәklәmiş Almaniya ilә iqtisadi işbirliyi qurmağa razılaşdı. 1890 ildә Bağdad d.y.nun inşası Almaniya bankına konsessiyaya verildi.

    II Ə.-in hakimiyyәti illәrindә Qәrb nümunәli çoxsaylı hәrbi vә mülki ali mәktәblәr açıldı vә modernlәşdirildi. Ölkәdәki gәrgin siyasi vә iqtisadi vәziyyәt sәbәbindәn ayağa qalxan türk zabitlәrinin tәlәbi ilә 1908 il iyulun 23-dә II Ə. konstitusiyanın yenidәn qüvvәdә olduğunu elan etmәyә mәcbur etdi. “İkinci mәşrutiyyәt” adlandırılan bu hadisә imperiyanın dağılmasını bir daha sürәtlәndirdi. AvstriyaMacarıstan 1908 ilin oktyabrında Bosniya-Hersoqovinanın ilhaqını, eyni zamanda Bolqarıstan müstәqilliyini, sonra isә Krit Yunanıstanla birlәşdiyini elan etdi.

    İkinci mәclisdә (1908, dekabr) çoxluq tәşkil edәn İttihad vә Tәrәqqi komitәsi “31 mart hadisәlәri” adlı hәrәkata başladı. 1909 il aprelin 13-dә İstanbulda üsyan baş verdi (bir gün sonra ermәnilәr Adanada çoxlu sayda türkü qәtlә yetirdi). Aprelin 23–24dә ordunun İstanbula yeridilmәsi ilә üsyan yatırıldı. Aprelin  27-dә  mәclis II  Ə.-in taxtdan devrilmәsinә qәrar verdi vә o, Sәlanikә (Saloniki) göndәrildi. Balkan müharibәlәri zamanı İstanbula gәtirilәn II Ə. ömrünün sonunadәk Bәylәrbәyi sarayında yaşadı, vәfatından sonra sultanlara mәxsus Divanyolundakı  II  Mahmud  türbәsindә dәfn edildi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç