Azərbaycan Milli Ensiklopediyası
    ƏBDÜLHƏMİD LAHORİ

    ƏBDÜLHƏMİD LAHORİ (?–1654) –Böyük  Moğol  imperiyasında  tarixçi.  Şah Cahanın [1627–58] dövrünә hәsr olunan 3 cildlik  “Padşahnamә”  әsәrinin müәllifidir. Əsәrin girişindә Teymurdan Baburaqәdәrki dövrün  qısa  icmalı  verilir.  Birinci  cilddә 1627–37 illәrdә, ikinci cilddә isә 1637–47 illәrdә baş verәn hadisәlәrdәn bәhs olunur. İlk 2 cildi Ə.L.-nin özü, sonuncu cildi isә tәlәbәsi  Mәhәmmәd  Varis  tәrәfindәn  ya- zılan әsәrdә dövlәt xadimlәri, hәkimlәr vә şairlәr haqqında mәlumatlar var.