DÜYӘRLİ – Azәrb. Resp. Şәmkir r-nunda kәnd. Düyәrli ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 20 km şm.-q.-dә, Bakı–Tbilisi avtomobil vә d.y. kәnarında, Zәyәm çayının (Kürün qolu) sahilindә, Gәncә-Qazax düzәnliyindәdir. Әh. 8186 (2011); heyvandarlıq, üzümçülük, taxılçılıq, meyvәçilik vә kartofçuluqla mәşğuldur. 2 tam orta mәktәb, uşaq bağçası, mәdәniyyәt evi, kitabxana, tibb mәntәqәsi, rabitә şöbәsi, ATS, çörәkbişirmә sexi var.