ƏBDÜLXALIQ Əbdül Əli oğlu (5.5.1920, Bakı – 30.9.1988, Bakı) – Azәrb. rәssamı. Azәrb. SSR әmәkdar incәsәnәt xadimi (1973). Azәrb. Dövlәt Rәssamlıq Texnikumunu (1939) vә V.İ.Surikov ad. Moskva Rәssamlıq İn-tunu (1950) bitirmişdir. Zәngin palitra, müxtәlif rәng çalarlarının ahәngdarlığı Ə.-ın yaradıcılığı üçün sәciyyәvi olmuşdur. Mәnzәrә vә natürmortları, hәmçinin İtaliya, Türkiyә, Amerika hәyatına aid lövhәlәri vardır: “Bakıda May nümayişi” (1943), “Üzüm yığımı” (1946), “Çöl güllәri” (1955), “Quşlarla natürmort” (1957), “İstanbulda küçә”, “Venesiya” (hәr ikisi 1960-cı illәr), “Tarla düşәrgәsindә” (1963), “Mehdi Hüseynzadә öz silahdaşları arasında” (1985) vә s. Portretlәrindә [“Qaçaq Nәbi”, 1959; “Nәriman Nәrimanov”, 1969; “Əlağa Vahid”, “Əzim Əzimzadә”, “Ana” (hәr üçü 1970), “Ziya Bünyadov” (1978) vә s.] insan fiqurlarını, onların әlvan geyimlәrini, obrazların ifadәliliyini mәharәtlә әks etdirmişdir. Əsәrlәri bır sıra xarici ölkәdә nümayiş etdirilmişdir. 1966– 74 illәrdә Azәrb. İncәsәnәt İn-tunda vә Azәrb. Dövlәt Rәssamlıq Mәktәbindә dәrs demişdir.
Ябдцлхалыг Я. “Чюл эцлляри”. Натцрморт. 1954. Азярбайъан Милли Инъясянят Музейи.
Əd.: Габибов Н. Д. Живопись Советского Азербайджана. Б., 1982.