DÜZ ӘYRӘM – Gürcüstanın Kaxetiya mahalının Saqareco bәlәdiyyәsi әrazisindә azәrb.-ların yaşadığı kәnd. Saqarecodan 35 km şm.-ş.-dә, dәniz sәviyyәsindәn 450 m yüksәklikdә yerlәşir. Әh. 1323 (2002); әkinçiliklә mәşğuldur. Kәnddә 1921 ildәn Azәrb. dilindә mәktәb fәaliyyәt göstәrir. Mәscid var (19 әsr).