ƏBDÜLKƏRİM MƏHƏMMƏD İbn Əbdül-Kәrim әl-Xәttabi (1881 vә ya 1882 – 7.2.1963, Qahirә) – Mәrakeş siyasi vә dövlәt xadimi. Mәrakeşdә rif tayfaları üsyanının rәhbәri. 1910–15 illәrdә müәllim, sonra isә Melillada hakim vәzifәsindә çalışmışdır. Azadlıq mübarizәsinә çağırışlarına görә 1915 ildә İspaniya müstәmlәkәçilәri tәrәfindәn hәbsә alınmış vә 1916 ildә azad edilmişdir. 1919 ildә dağlara çәkilmişdir. 1921–26 illәrdә İspaniya, 1925 ildәn isә Fransa müstәmlәkәçilәrinә qarşı riflәrin azadlıq mücadilәsinә başçılıq etmişdir. 1921–26 illәrdә Rif Respublikasının prezidenti (әmiri) olmuşdur. 1926 ildә fransızlar tәrәfindәn tutulmuş vә Reyunyon a.-na sürgün edilmişdir. 1947 ildә siyasi fәaliyyәtdәn әl çәkmәk şәrti ilә Fransaya getmәyә icazә almış, lakin gәmi Port Sәidә çatan kimi qaçmış vә Qahirәdә yaşamışdır. 1948–56 illәrdә Qahirәdә Ərәb Mәğribinin Azadlığı Komitәsinә rәhbәrlik etmişdir.