DÜZ RӘSULLU – Azәrb. Resp. Gәdәbәy r-nunda kәnd. Düz Rәsullu ә.d.-nin (Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 43 km şm.-q.- dә, Axıncaçayın (Tovuz çayının qolu) sa- hilindә, Murğuz silsilәsinin şm.-ş. әtәyindәdir. Әh. 509 (2011); heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var.