Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏBDÜLQADİR  GEYLANİ

    ƏBDÜLQADİR  GEYLANİ  Mühyiddin Əbu  Mәhәmmәd  Əbdülqadir ibn  Əbi   Salih (1077, İran, Gilan, Neyf k. – 1165/66, Bağdad) – sufi mütәfәkkir. Tәsәvvüfdә Dәsuqi, Rifai vә Əbu Fityan Əhmәd Bәdәvi ilә yanaşı, dörd qütbdәn biridir. Ərәbdilli mәnbәlәrdә “әl-Cili”, “әl-Cilani”, farsdilli mәnbәlәrdә “Gili”, “Gilani” nisbәlәri ilә xatırlanır. Türk xalqları arasında “Geylani” kimi tanınmışdır. Mәnbәlәrdә soy şәcәrәsinin Əli ibn Əbu Talibә, tәriqәt silsilәsinin Cüneyd Bağdadiyә çatdığı  bildirilir. Ə.G. 1095 ildә Bağdada gedәrәk hәdis, fiqh, әdәbiyyat tәhsili almış, Əbülxeyr әd-Dәbbas vasitәsilә tәsәvvüfә daxil olmuşdur. 25 il sәyahәtdә olmuş, 1133 ildә Bağdada qayıdaraq, müәllimi Mühәrriminin mәktәbinә rәhbәrlik etmәyә başlamışdır. Çox tәsirli nitqә malik olduğundan vәzlәrini dinlәmәk üçün xilafәtin müxtәlif tәrәflәrindәn çoxlu sayda insan Bağdada axışmışdır. Ə.G. şәriәtә sıx bağlı olmuş, mühazirәlәrindә tәsәvvüf mövzularına vә terminologiyasına toxunmamağa çalışmışdır. Ekstatik tәcrübәni tәnqid etmiş, asketizmi ictimai vәzifәlәrlә  mәhdudlaşdırmışdır. Hәlә sağlığında әhali tәrәfindәn müqәddәs himayәçi, kәramәt sahibi kimi tanınmışdır. Tәriqәt yaratmasa da, ölümündәn sonra, әsasәn, övladları tәrәfindәn davam etdirilәn silsilәsi birlәşәrәk qadiriyyә tәriqәtini meydana gәtirmişdir. Hazırda Misir, İraq, Suriya, Türkiyә vә s. ölkәlәrdә qadiri seyidlәri yaşayır. Ə.G.-nin Bağdaddakı mәqbәrәsi ziyarәtgahdır. Hәr il orada Ə.G.-nin şәrәfinә “urs” mәrasimi tәşkil edilir.

    Ə.G. türk xalq әdәbiyyatı vә folklorunda mühüm yer tutur. Haqqında çoxlu mәnaqibnamәlәr yazılmışdır. Dili sadә vә anlaşıqlı olan әsәrlәri tәsәvvüf әdәbiyyatının gözәl nümunәlәrindәndir. “Əl-ğunyә li-talibi tәriqil-hәqq” (“Haqq yolunu istәyәnlәr üçün kifayәtedici tәlimat”) әsәri, bir sıra mәktubları qalmışdır. Oğlu vә tәlәbәlәri tәrәfindәn vәzlәri әsasında toplanmış “Əlfәthür-rәbbani” (“İlahi kәşf”) vә “Fütuhulqeyb” (“Qeybin açarları”) әsәrlәri dә var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç