Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏBDÜLQADİR  MARAĞAYİ

    ƏBDÜLQADİR  MARAĞAYİ,  Əbdülqadir ibn Qeybi әl-Hafiz әl-Marağayi (1353, Marağa – 1435, Herat) – Azәrb. musiqi nәzәriyyәçisi, bәstәkar vә xanәndә. Ə.M. hәlә Cәlairi hökmdarı Şeyx Üveysin dövründә [1356– 74] saray mәclislәrindә çıxış etmiş, musiqiçi, xanәndә vә bәstәkar kimi şöhrәt qazanmışdır. Əl-Farabi, İbn Sina, Sәfiәddin Urmәvinin musiqi nәzәriyyәlәrini dәrindәn öyrәnmiş vә inkişaf etdirmişdir. “Kәnz ülәlhan” (“Melodiyalar xәzinәsi”, әlyazması tapılmamışdır), “Came әl-әlhan” (“Melodiyalar külliyyatı”), “Kitab ül-lәhmiyyә” (“Lәhnlәr haqqında kitab”), “Mәqasid әlәlhan” (“Melodiyaların mәqsәdlәri”), “Şәrh kitab ül-әdvar” (Sәfiәddin Urmәvinin “Kitab ül-әdvar” әsәrinә şәrh) vә “Fәvaidiәşәrә” (“On fayda”) risalәlәrini yazmışdır. O, mәqam vә ritmlәrin quruluşunu izah etmiş, orta әsr musiqişünaslığında ilk dәfә olaraq, 12 әsas mәqamdan törәmә 24 şöbә sistemini elmi cәhәtdәn әsaslandırmış, dövrünün musiqi formalarının (növbә, bәsit, әmәl, pişrov vә s.) tәsvirini vermişdir. Türkdilli xalqların (Azәrb., Orta Asiya vә Şәrqi Türküstan) musiqisi, elәcә dә musiqi janrları vә alәtlәrinin yayılması haqqında mәlumat verәn Ə.M.-nin nәzәri әsәrlәrindә bәstәkarlıq, ifaçılıq üsullarına, musiqidә şeir vә onun vәzninin әhәmiyyәtinә, elәcә dә aşıq sәnәtinә (ozan, baxşı vә s.) dair qiymәtli fikirlәr vardır. Bir çox musiqi әsәrinin mәtnini özü yazmışdır. Azәrb. dilindә şeirlәri var. Ə.M.-nin yaratdığı 20 yeni ritmdәn (iqa) 6-sı (zәrb ür-rәbi, zәrb ül-fәth, si dövr, qumriyyә, dövri-cәdid, dövri-әdl) sonrakı dövr musiqişünasları tәrәfindәn klassik ritmlәr silsilәsinә daxil edilmişdir. O, bir çox musiqi alәtindә, xüsusilә udda mәharәtlә çalmış, bәzi alәtlәri (kasat, әlvah vә s.) isә tәkmillәşdirmişdir. Ə.M. hәmçinin xәttat olmuş, reyhani, süls, nәsx, rüqә xәtlәri ilә yazmışdır. Onun elmi vә musiqi yaradıcılığı Yaxın vә Orta Şәrq musiqi mәdәniyyәtinin inkişafına böyük tәsir göstәrmiş, Avropa alimlәrinin (R.G.Kizevetter, H.C.Farmer vә b.) diqqәtini cәlb etmişdir. Bәzi әsәrlәrinin әlyazmaları İstanbul (“Nuri Osmaniyyә” kitabxanası), elәcә dә Leyden (Niderland) vә Oksford kitabxanalarında saxlanılır.

    Əd.: Керимов Л., Агаева С. Автобиография в стихах Абдулгадира Мараги. Изв. АН Азерб. ССР (серия литературы, языка и искусства), 1975, № 4; Агаева С. Абдулгадир Мараги. Б., 1983; Z.Sәfәrova. Azәrbaycanın musiqi elmi (XIII–XX әsrlәr). B., 2006; R.Zöhrabo v. Azәrbaycan muğamları. B., 2013.

    “Ябдцлгадир Мараьayи”. Ряссам Е.Шащтахтинскайа. Азярбайъан Милли Инъясянят Музейи.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç