DÜZCӘ – Türkiyәnin şm.-q.-indә, Qara dәniz bölgәsindә il. Sah. 1,1 min km2. Әh. 355,5 min (2015). D. әvvәllәr Bolu ilindә bir ilçә idi. 1999 il 12 noyabr zәlzәlәsinin D.-dә törәtdiyi dağıntıların bәrpasını tezlәşdirmәk mәqsәdilә D.-yә hәmin vaxtdan il statusu verilmişdir. Sәthi dağlıq vә dağarası ovalıqlardan ibarәtdir.