ƏBDÜLQAFFAR XAN, Baça xan (“xanlar xanı”) (6.2.1890, Xәştnaqar – 20.1.1988, Pişәvәr) – puştuların öz müqәddәratını tәyin etmәsi uğrunda Britaniya müstәmlәkәçiliyinә qarşı mübarizәsinin siyasi vә dini lideri. M.Qandinin silahdaşı vә ardıcılı. Dünyada ilk dәfә qeyri-zorakı peşәkar ordunun әsasını qoymuşdur. 20 yaşında ikәn Utmanzai ş.-ndә ilk mәktәbini açdırdıqdan sonra hörmәt qazanmışdı. Mütәrәqqi islahatçı idi. 1919 ildә “Əncümәni-islahi Əfqanә” adlı tәşkilatın, 1930 ildә isә Hindistan Milli Konqresinә qoşulmuş “Pәxtun cirgәsi” (“Puştu liqası”) partiyasının vә Xuday xidmәtqaran (“Allahın qulları”) könüllü dәstәlәrinin (onların iştirakçıları “qırmızıköynәklilәr” dә adlanırdı) rәhbәri olmuşdur. 1947 ildә müstәqil Puştustanın yaradılması haqqında şüarı irәli sürmüşdü. Pakistan dövlәti yarandıqdan (1947) sonra müxalifәtdә idi. 1987 ildә Hindistan Resp.-nın әn yüksәk mülki mükafatına – “Bharat Ratna” ordeninә layiq görülmüş ilk qeyri-hindli olmuşdu. Cәlalabadda dәfn edilmişdir.