ƏBDÜLLƏTİF, Əbdәllәtif (tәqr. 1475–1517, Moskva) – Kazan xanı [1496– 1502]. Tuğa Teymurun nәslindәndir, Kazan xanı İbrahimin oğludur. Krımda tәrbiyә almışdır. 1493 ildә III İvan Vasilyeviçin sarayında xidmәt etmәk üçün Moskvaya gәlmiş, ona mülk kimi Zveniqorod verilmişdi. 1496 ildә Kazan әyanlarının dәstәyilә Mamuk xanı devirәrәk Kazan xanı olmuşdur. Əvvәllәr Böyük Moskva knyazlığına tabe olsa da, sonralar müstәqil siyasәt yeritmәyә meyil etmişdir. 1502 ildә taxtından uzaqlaşdırılaraq Beloozeroya sürgün olunmuşdur. 1508 ildә I Mengli Gәrayın zaminliyi ilә azad edilmiş, Kaşira mülk olaraq ona verilmişdir. 1512 ildә Mengli Gәray vә oğullarının yürüşlәrini dәstәklәmәkdә ittiham olunaraq hәbs edilmişdir. 1517 ildә azadlığa buraxılmışdır. Ə.-i hakimiyyәtә gәtirmәyә (Mәhәmmәd Əminin әvәzinә) çalışanlar onun Kazana qayıtmasına nail ola bilmәmişlәr. Ə. müәmmalı şәkildә ölmüşdür.