DÜZӘNLİK – Yer sәthinin, dәniz vә okean diblәrinin mühüm relyef elementlәrindәn biri. Kiçik hündürlük fәrqi vә az meyilliyi ilә xarakterizә olunur. Dәniz sәviyyәsindәn aşağı (mәs., Xәzәryanı) vә ya ondan ancaq 200 m-ә qәdәr hünd.-dә yerlәşәn D.-lәr ovalıq, 200–500 m hünd.-dә yerlәşәn D.-lәr yüksәklik, 500 m-dәn artıq hünd.-dә yerlәşәn D.-lәr isә yayla vә ya plato adlanır. D.-lәrin sәthi üfüqi, maili, batıq vә qabarıq ola bilәr. Sәthinin formasından (vә ya morfologiyasından) asılı olaraq D.-lәr müxtәlif olur: hamar, pillәli, terraslı, dalğalı, uvallı, tәpәli vә s. D.-lәr mәnşәyinә görә iki cürdür: denudasion vә akkumulyativ D.-lәr.
D.-lәr Yer sәthinin çox hissәsini tutur. Quruda onların әrazisindә iri çay hövzәlәri, böyük göllәr yerlәşir. Qurunun әn böyük D.-lәri: Böyük vә Mәrkәzi D.-lәr (Şimali Amerikada), Amazon vә Qviana ovalıqları (Cәnubi Amerikada), Şәrqi Avropa D.-yi (Avropada), Qәrbi Sibir, Hind-Qanq vә s. D.-lәr (Asiyada), Sudan vә Böyük Sәhra D.-lәri (Afrikada), Mәrkәzi ovalıq (Avstraliyada). Kür-Araz ovalığı Azәrb. Resp.-da әn böyük D.-dir.