Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏBDÜLLƏTİF BƏNDƏROĞLU

    ƏBDÜLLƏTİF BƏNDƏROĞLU (1937, Kәrkük, Tuzxurmatı k. – 3.2.2008, Əmman, İordaniya) – İraq-türkman şairi, әdәbiyyatşünas, jurnalist, ictimai xadim. İbtidai  vә  orta  tәhsilini Tuzxurmatı vә Kәrkükdә almış, üç il İraq neft şirkәtinin Kәrkükdәki texniki mәktәbindә oxumuşdur. 1956 ildә siyasi sәbәblәrә görә mәktәbdәn uzaqlaşdırılmış,   1964 isә ildә siyasi fәaliyyәti ilә әlaqәdar İraqı tәrk etmәyә mәcbur olmuşdur. Livana, Yunanıstana, oradan Bolqarıstana getmiş, Sofiyada türk dilindә nәşr olunan qәzet vә jurnallarla әmәkdaşlıq etmişdir. 1965 ildә İraqa qayıtmışdır. 1970 ilin yanvarında İraq türkmanlarının mәdәni hüquqları tanındıqdan sonra ölkәnin şm. bölgәsinin maarif müdiri tәyin edilmişdir. Üç ay sonra İraq Mәlumat Nazirliyi Türkman Mәdәniyyәt Departamentinin müdiri vә “Yurd” qәzetinin baş redaktoru (2000 ilәdәk) olmuşdur. Türkman Ədәbiyyatçılar Birliyinin katibi kimi dә fәaliyyәt göstәrmişdir. Ədib “Günәş şәrqisi” (1969), “Yurd torpağı” (1971), “Gur-gur baba” (M.Şәhriyarın “Heydәr babaya salam” poemasına nәzirә,  1973),  “Qәrәnfil”  (Bakı,  1973), “Şәrq insanları” (1975), “Dәryanın dibi” (1980), “Ürәk çırpıntıları” (1987), “Göylәr unutmuşdu yağacağını” (1991), “İraq-türkman folklorundan örnәklәr” (1993) kimi kitabların, “İraq-türkman әdәbiyyatı yolunda bir addım” (1962), “İnsanlıq vә hürriyyәt şairi” (Nazim Hikmәt haqqında, 1970), “Bayatlı Füzuli” (1971), “Türkmanlar İraq inqilabında” (1972), “İmadәddin Nәsimi Bağdadi” (1973), “İraq-türkman dili” (1976) vә s. tәdqiqat әsәrlәrinin müәllifidir. Bakıya hәsr olunmuş şeirlәri (“Bakı”, “Qız qalası”, “Mәn Bağdadda, yar Bakıda”), S.Vurğundan әrәb dilinә tәrcümәlәri, Azәrb. әdәbiyyatına dair mәqalәlәri var. Elçinin (“On ildәn sonra: hekayәlәr”, Bağdad, 1996; “Mahmud vә Mәryәm”, Kәrkük, 2007), R.Rzanın (“Ağlayan çox, gülәn hanı?”, Kәrkük, 2007) әsәrlәrini İraqda nәşr etdirmişdir.

    Əsәrlәri:  Qәrәnfil. B., 1977; Göylәr unutmuşdu yağacağını. B., 1991.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç