ƏBDÜLMƏCİD II (29.5.1868, İstanbul –23.8.1944, Paris) – sonuncu Osmanlı xәlifәsi. 1922 il noyabrın 1-dә sultanlığın süqutundan sonra sonuncu Osmanlı sultanı VI Mehmedin xәlifә titulu lәğv edildi. 1922 il noyabrın 19-da Türkiyә Böyük Millәt Mәclisinin qәrarı ilә II Ə. xәlifә elan olundu. O, sırf dini başçı rolu oynayır, siyasәtә qarışmırdı. 1924 il martın 3-dә xilafәtin lәğvindәn sonra xәlifә Türkiyәni tәrk edәrәk ömrünün sonunadәk Fransada yaşamışdır.