ƏBDÜLMƏCİD MƏSUD OĞLU (?–?) – 13 әsr Azәrb. memarı. Ehtimala görә, Bakıdakı Qız qalasının üzәrindәki kitabәdә adı çәkilәn memarın oğludur. Əsәrlәrindәn yalnız Mәrdәkandakı Dairәvi qala (1232–33) dövrümüzәdәk saxlanılır. Qalanın daxili bürcünün üzәrindәki kitabәdә onun adı (“Memar Əbdülmәcid ibn Mәsud”) hәkk edilmişdir. Şirvanşahların Bakı limanındakı “Bayıl qәsri”nin (1235) memarlarından biri olması da ehtimal edilir.