DÜZKӘND, T a t a r D ü z k ә n d i – İrәvan xanlığının Abaran mahalında (9.9.1930 ildәn Abaran, 3.1.1935 ildәn Aparan r-nu), Qarabulaq çayının sahilindә, Alagöz d.-nın әtәyindә azәrb.-ların yaşadığı kәnd. 1918– 20 illәrdә ermәni tәcavüzünә mәruz qalmış, azәrb. әhalinin bir hissәsi qәtlә yetirilmiş, sağ qalanlar isә kәndi tәrk etmişdir. Az sonra kәnddә kürdlәr yerlәşmişlәr. 1959 ildә lәğv olunmuşdur.