ДЦЗГАНАДЛЫЛАР (Ортщоптера, йахуд, Салтаториа) – natamam çevrilmә ilә inkişaf edәn cücü dәstәsi. Orta Karbondan mәlumdur. Bәdәninin uz. 0,5-dәn 11,5 sm-әdәk, açılmış halda qanadlarının uz. 22 sm-dәn çoxdur. Gözlәri yaxşı inkişaf etmişdir, çox vaxt gözcüklәri dә olur. Yan pәrli (qanadlı) önbeli böyümüş, çıxıntılı, tilli vә tikanlı ola bilәr. Sәs aparatına (stridulyasiyalı) çevrilә bilәn 2 cüt qanadı (bәzәn olmur) var. Ayaqları çox vaxt iri tikanlarla tәchiz olunmuş, arxa ayaqları hoppanan (sıçrayan), danadişilәrdә vә üçbarmaqlarda ön ayaqlar qazıcıdır. Qarıncığı 10 buğumludur, sonuncu seqment buğumlu hissә çıxıntıları ilә (serkalarla) tәchiz olunmuşdur; dişilәrdә yumurtaqoyan olur (geobiontlardan başqa). Sәs orqanları әtraf- larda, yaxud qanadlarda, eşitmә orqanları (әgәr varsa) ön pәncәlәrin baldırında vә qarıncığın birinci buğumunda yerlәşir. Akustik әlaqә, qısabığcıqlılarda isә hәm dә görmә kommunikasiyası yaxşı inkişaf etmişdir. Rәngi, әsasәn, müdafiәedici, bәzi zәhәrli D.-da isә xәbәrdaredicidir. 2 yarımdәstәsi var: şalalar, yalançı şalalar, sisәklәr vә b. fәsilәüstlüklәrinin daxil olduğu u z u n b ı ğ c ı q l ı l a r (Ensifera), çәyirtkәkimilәr, tetranixidlәr, üçbarmaqlar vә b. fәsilәüstlüklәrinin daxil olduğu q ı s a b ı ğ c ı q l ı l a r (Caelifera). 20 mindәn artıq növü var; geniş yayılmışlar, xüsusilә tropiklәrdә sayca daha çoxdur. Azәrb.-da 211 növü qeyd edilmişdir. Açıq landşaflarda mәskunlaşır, mağaralarda, heyvan vә qarışqa yuvalarında, torpaq yarıqlarında rast gәlinir, ifrazatları ilә bәnd elәdiklәri (yapışdırdıqları) yarpaqlardan müvәqqәti sığınacaqlar düzәldә bilirlәr. D. әsasәn, fitofaqdırlar, yırtıcı, yaxud qarışıq yem yeyәnlәri dә vardır. Mayalanma spermatoforlar vasitәsilә gedir, bir neçә növü isә partenogenez yolla çoxalır. Yumurtalarını, әsasәn torpağa, yaxud bitki üzәrinә qoyur. Bәzi növlәri kütlәvi çoxaldıqda uzaq miqrasiyalar edә bilәn sürü forması (başqa nisbәtlәrdә, ölçülәrdә vә bәzәn rәnglәrdә) әmәlә gәtirir. D.-ın çoxu bitkilәrin tәhlükәli zәrәrvericilәridir.