ƏBDÜLRƏHMANOV Qәdir Ağa oğlu (d. 30.1.1938, indiki Gәncә) – avtomatika sahәsindә Azәrb. alimi, texnika e.d. (2004), prof. (2009). 1960 ildә Moskva Energetika İn-tunu bitirmişdir. 1963–2001 illәrdә Azәrb. Neft vә Kimya İn-tunda (indiki ADNSU) assistent, dosent әvәzi, dosent, dekan müavini, dekan vәzifәlәrindә çalışmışdır. 1979–83 illәrdә ƏXDR Milli Neft vә Kimya İn-tunda pedaqoji fәaliyyәt göstәrmişdir. 2001 ildәn Azәrb. Dövlәt Dәniz Akad.-da kafedra müdiridir. Tәdqiqatları elektroenergetika, elektromexanika, proseslәrin avtomatlaşdırılması sahәsindәdir. 120-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir.
Əsәri: Разработка основ теории и систем управления автоматизированного асинхронного электропривода дистанционного управления, работающего в анормальных режимах. Б., 2002.