Azərbaycan Milli Ensiklopediyası
    ƏBDÜLVADİLƏR, bәnu Əbdülvad

    ƏBDÜLVADİLƏR,  bәnu  Əbdülvad ( ), Zәyyanilәr – 1235–1551   illәrdә  Əlcәzairin  şm.-q.-indә hakimiyyәtdә  olmuş  bәrbәr  sülalәsinin  vә dövlәtinin  adı.  Zәnatә  qәbilәsinin  Banu Əbdül-Vad   (banu   Zәyyan)  tayfasındandırlar.   Sülalәnin   bani si  Yağmurasan   ibn   Zәyyan   (1235–1283) Merinilәrlә  düşmәnçilik  edәn  vә  zәiflәmiş Müvәhhidilәri     dәstәklәmәk     müqabilindә onlardan  Orta  Mәğribin  idarәçiliyini  aldı, paytaxtı  Tlemsen  ş.  olan  müstәqil  dövlәt yaratdı.  Ə.  Merinilәrә  qarşı  Qranada  Nәsrilәrindәn  olan  sultan  Mәhәmmәd  әl-Qalib vә  Kastiliya  kralı  X  Alfonso  ilә  ittifaqa girdi.  Merinilәr  iki  dәfә  Tlemseni  mühasirәyә   almış,   Əlcәzairin   şm.-q.-ini   işğal etmiş  (1337–48,  1352–58),  lakin  öz  hakimiyyәtlәri   altında   saxlaya   bilmәmişdilәr.

    Ə.-in hәrbi-siyasi zәifliyinin sәbәbi onların tabeçiliyindә olan әrazilәr arasında iqtisadi әlaqәlәrin zәifliyi vә daima yardım aldıqları bәdәvi әrәblәrinin tayfalararası ziddiyyәtlәri idi. Ə.-in çiçәklәnmәsi Tlemsen ş.-nin Böyük Sәhradakı ticarәt yollarının üzәrindә yerlәşmәsi ilә әlaqәdar idi. Ə.-in mövcud olduğu dövrdә Əlcәzairdә әrәb mәdәniyyәtinin yayılması davam edirdi. 15–16 әsrlәrdә isә banu Hilal әrәb tayfaları tәrәfindәn bәrbәrlәrin faktiki assimilyasiyası başladı. Mühüm әdәbiyyat vә elm mәrkәzi olan Tlemseni mәscid, mәdrәsә vә saraylar bәzәyirdi; burada Əndәlis әrәblәri böyük nüfuza malik idilәr.

    15 әsrin sonunda dövlәt tәnәzzülә uğradı vә Ə. real hakimiyyәtini itirdi. Zәyyanilәr әvvәlcә İspaniyanın (1509), Əlcәzair dәniz quldurlarının (1517), yenidәn İspaniyanın, sonra isә Osmanlı imperiyasının (1525) hakimiyyәtini tanıdılar. 1550 ildә Osmanlı bәylәrbәyi Hәsәn paşa Ə.-in hakimiyyәtinә son qoydu vә Əlcәzairin şm.-q.-indә türklәrin birbaşa idarәçiliyini qurdu.