ƏBDÜRRƏHİMOV Əsәdulla Ömәr oğlu (1900, Şәki – avqust, 1969, Bakı) – Azәrb. pedaqoqu, Azәrb. SSR әmәkdar müәllimi (1943), kimyanın tәdrisi metodikası üzrә ilk pedaqoji e. namizәdi, prof. (1966). Şәkidә rus-tatar mәktәbindә, daha sonra 6 illik ali ibtidai mәktәbdә tәhsil almış, Zaqatalada 3 aylıq müәllimlәr kursunu bitirmişdir (1917). Lahıcda, Zaqatala şәhәr ibtidai mәktәbindә müәllim vә Zaqatala qәza xalq maarifi şöbәsindә tәlimatçı işlәmişdir. Fәhlә fakültәsindә tәhsil almış, 1930 ildәn Bakıda orta vә ali mәktәblәrdә kimya fәnnini tәdris etmişdir. Ə. resp.-da kimya fәnni üzrә metodistlәrin yetişmәsindә böyük rol oynamışdır.
Azәrb. Müәllimlәri Tәkmillәşdirmә İntunun direktoru, Resp. Maarif Nazirliyindә şöbә rәisi, Azәrb. Elmi Tәdqiqat Pedaqoji Elmlәr İn-tunun direktoru, Azәrb. Dövlәt Pedaqoji İn-tunda kimya-biologiya fakültәsinin dekanı vә “ümumi kimya vә kimyanın tәdrisi metodikası” kafedrasının müdiri işlәmişdir. Bir sıra dәrs vәsaitini rus dilindәn Azәrb. dilinә tәrcümә etmişdir. Ə. iki hissәdәn ibarәt “Kimya tәdrisi üsulu” adlı dәrsliyin, hәmçinin kimya tәdrisi mәsәlәlәrinә dair 20-dәn artıq dәrs vә metodik vәsaitin, 200-ә qәdәr mәqalәnin müәllifidir.