ƏBDÜRRƏHMAN – İrәvan xanlığının Karbibasar mahalında (9.9.1930 ildәn Vağarşabad, 12.3.1945 ildәn Eçmiәdzin r-nu) azәrb.-ların yaşadığı kәnd. 18 әsrin sonlarında buraya ermәnilәr köçürülmüş, 1918 ildә kәndin azәrb. әhalisi sıxışdırılıb çıxarılmış, 1949 ildә isә Ə. lәğv edilmişdir.