DÜZYURD – Azәrb. Resp. Gәdәbәy r-nunda kәnd. Düzyurd ә.d.-nin (Düzyurd, Aytala k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 3 km c.-q.-dә, Gәdәbәy çayının (Şәmkir çayının qolu) sahilindә, Başkәnd-Dәstәfur çökәkliyindәdir. Әh. 1869 (2011); heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Tam orta mәktәb, klub, kitabxana, xәstәxana var.