Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏBDÜRRƏHMAN

    ƏBDÜRRƏHMAN  – Kordova әmirliyi (929 ildәn Kordova xilafәti) hökmdarlarının adı:

    Ə b d ü r r ә h m a n I ibn Müaviyә (tәqr. 731–788, Kordova) – Əmәvi xәlifәsi Hişamın nәvәsi, Kordova әmiri [756–788]. Kordova Əmәvilәri sülalәsinin vә Pireney y-a-nda Kordova әmirliyinin banisi. Abbasilәrin tәqibindәn xilas olmaq üçün 750 ildә Suriyadan Şimali Afrikaya, oradan da İspaniyaya qaçmış, vәziyyәtin qarışıq olmasından istifadә edәrәk paytaxtı Kordova olan Əmәvi dövlәtini qurmuşdu (756). I Ə. “әd-Dәxil” (“Gәlmә”) lәqәbi ilә tanınsa da, güclü vә әdalәtli olduğuna görә Abbasi xәlifәsi Mәnsur ona “Qureyş Şahini” lәqәbini vermişdi. Mәrkәzlәşdirmә siyasәti yeritmiş, әrәb-bәrbәr tayfa başçıları, hәmçinin Şimali İspaniyanın xristian feodalları ilә uğurla mübarizә aparmışdır.

    Ə b d ü r r ә h m a n I I ibn Hakim (792, Toledo – 852, Kordova) – I Ə.-ın nәticәsi, Kordova әmiri [822–852]. Əndәlisin ş.-indәki bölgәni öz torpaqlarına qatmışdır. Toledodakı üsyanı yatırmış, xristianlara vә bәrbәrlәrә qarşı zәfәrli müharibәlәr etmişdir. Normanların dәnizdәn hücumlarının qarşısını almışdır. Bizansla diplomatik vә ticari münasibәtlәr qurmuşdur. Elm vә mәdәniyyәtin inkişafında mühüm rolu olmuş, ilk dәfә ölkәdә poçt rabitәsi tәtbiq etmiş, yollar çәkdirmişdir. Onun Əndәlisdә tikdirdiyi (785) mәscid müsәlman әrәb memarlığının gözәl nümunәlәrindәndir. II Ə. zamanında saray vә mәscidlәrin inşası çoxlu vәsait tәlәb etdiyindәn vergilәr artırılmışdı. II Ə. başqa dinlәri tәqib etmәmәk siyasәti yeritmişdir.

    Ə b d ü r r ә h m a n I I I ibn Mәhәmmәd (890–961) – “Ən-Nasir” (“Müzәffәr”) lәqәbli Kordova әmiri [912–961], Kordovanın birinci xәlifәsi (929 ildәn). Vahid dövlәt yaratmış, Şimali Afrikada Fatimilәrin hökmranlığına qarşı çıxaraq, 931 ildә Seutanı (Mәrakeş), 932 ildә Toledonu tutmuşdur. 955 ildәn Leon vә Navarra III Ə.-a xәrac verirdi. Bizansla vә Müq. Roma imperiyası ilә diplomatik әlaqәlәr yaratmışdı. Avropalı qullardan (әsasәn, slavyanlardan) ibarәt qvardiya (“saqalibә”) tәsis etmişdi; Aralıq dәnizindә qüdrәtli donanması var idi. Onun hakimiyyәti dövründә mәktәblәr (Avropada ilk tibb mәktәbi), Kordova yaxınlığında mәscid (hazırda kilsәdir) vә әz-Zәhra  sarayı inşa edilmişdi. III Ə.-in hakimiyyәt illәri Kordova Əmәvilәrinin әn qüdrәtli dövrü hesab olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç