ƏBDÜRRƏHMAN ibn Toqayürәk (?– 1147) – 12 әsr sәlcuq әmiri. Sultan Mahmudun әmirlәrindәn olan Toqayürәyin oğlu. Hәyatının ilk illәrini Xalxal bölgәsindә keçirdiyi ehtimal edilir. 1138 ildә Sultan Mahmuda qarşı hәrәkata qoşulmuş, lakin sonralar bağışlanmış әmirlәrdәn biri olmuş, sultanın etimadını qazanıb vәzir vәzifәsinә yüksәlmişdir. Sultana qarşı çıxan Fars valisi Bozaba vә Rey hakimi Abbas ilә razılığa gәlәrәk Arran valisi olmuşdur. Gürcülәrin Arran bölgәsinә yürüşlәrinin qarşısını almaq mәqsәdilә sәfәrә hazırlaşdığı zaman Sultan Mәsud tәrәfindәn öldürülmüşdür.