ƏBDÜRRƏHMAN, Tunku Əbdürrәhman Putra әl-Xәc ibn Əmәrhum Sultan Əbdülhәmid Hәlim Şah (8.2.1903, Alor-Setar – 6.12. 1990, Kuala-Lumpur) – müstәqil Malayya Federasiyasının ilk baş naziri, 1963 ildәn Malayziya şahzadәsi (putra). 1920–31 illәrdә Kembric Un-tindә oxumuşdur. Malayyanın Yaponiya tәrәfindәn işğalı zamanı (1941–45) Kedah sultanlığının idarәsindә qulluq etmişdir. 1951 ildә ölkәnin Malayya icmasını tәmsil edәn Birlәşmiş Malayya Milli Tәşkilatının (BMMT) rәhbәri olmuşdur. 1955 ildә üç milli partiyanın (BMMT, Malayya Çin Assosasiyasının vә Malayya Hind Konqresinin) Malayya İttifaq partiyasına birlәşmәsindәn sonra onun sәdri seçilmişdir. İttifaq partiyasının parlament seçkilәrindәki qәlәbәsindәn sonra Malayya Federasiyasının baş nazir vә daxili işlәr naziri vәzifәlәrini tutmuşdur. 1956 ildә Malayyaya dәrhal özünüidarә verilmәsi, sonradan isә ölkәnin müstәqilliyi ilә bağlı Londonda Britaniya hökumәti ilә danışıqlar aparan nümayәndә heyәtinin başçısı olmuşdur. Ölkә müstәqillik qazandıqdan (1957) sonra Malayya Federasiyasının (1963 ildәn Malayziya) baş naziri vә xarici işlәr naziri, 1969–73 illәrdә İslam Konfransı Tәşkilatının baş katibi vәzifәlәrini tutmuşdur.