DVİNÁ KÖRFӘZİ – Ağ dәnizin c.-ş.-indә körfәz. Uz. tәqr. 93 km, eni girişdә 130 km, dәrinliyi c.-ş.-dә 15–22 m, şm.-q.-dә 120 m-ә qәdәrdir. Qışda donur. Yayda temp-r 12°C-yәdәk qalxır. Yarımsutkalıq qabarmalar (hünd. tәq. 1,4 m) olur. Şimali Dvina çayı D.k.-nә tökülür. Әsas portları: Arxangelsk, Severodvinsk.