ƏBDÜRRƏHMANOV Fuad Hәsәn oğlu (11.5.1915, Nuxa, indiki Şәki –15.6.1971, Bakı) – Azәrb. heykәltәraşı, Azәrb. heykәltәraşlığının banilәrindәn biri. Azәrb. SSR xalq rәssamı (1956). SSRİ Rәssamlıq Akademiyasının m. üzvü (1949). SSRİ Dövlәt mükafatı laureatı (1947, 1951). Azәrb. Dövlәt Rәssamlıq Texnikumunda (1929–32) vә İ.Y.Repin ad. Leninqrad (indiki SanktPeterburq) Boyakarlıq, Heykәltәraşlıq vә Memarlıq İn-tunda (1935–39) tәhsil almışdır.
Yaradıcılığa portret janrı ilә başlamış, 30-cu illәrdә Azәrb. mәdәniyyәt xadimlәrinin büst-portretlәrini (Ə.Haqverdiyev, M.F.Axundzadә, Ü.Hacıbәyli, A.Zeynallı vә b.), hәmçinin “Atıcı” (1934), “Gәnc aşıq” (1939) vә ilk monumental әsәri olan Füzulinin heykәlini (1939, Nizami Gәncәvi ad. Milli Azәrb. Ədәbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qәhrәmanları G.Əsәdovun, İ.Mәmmәdovun, Q.Mәmmәdovun, Böyük Vәtәn müharibәsi qәhrәmanı H.Əliyevin portretlәri, xalqın tarixi keçmişini tәrәnnüm edәn “Cavanşir”, “Babәk” vә “Koroğlu” barelyeflәrindә әbәdilәşmiş obrazlar dәrin psixologizmi vә ifadәliliyi ilә seçilir. Mahir portret ustası kimi tanınan Ə. rәngarәng obrazlar qalereyası yaratmışdır. S.Bәhlulzadә (1947), R.Mustafayev (1947), H.Aslanov (qәbirüstü abidә, 1949), B.Bağırova (1951), S.Vurğun (1957), kubalı Xesus (1962) vә b.-nın portretlәri obrazların fәrdi xüsusiyyәtlәri, xarakterlәrin dolğun hәlli ilә sәciyyәlәnir. Ə.-un yaradıcılığında monumental heykәltәraşlıq mühüm yer tutur. Nizaminin Gәncәdәki vә Bakıdakı abidәlәri (hәr ikisi tunc, qranit, 1946, 1949; memarlar S.Dadaşov vә M.Hüseynov), Bakıda “Azad qadın” (tunc, qranit, 1960, memar M.Hüseynov) heykәli, S.Vurğunun abidәsi (tunc, qranit, 1961, memar M.Hüseynov) vә s. әsәrlәri Azәrb. monumental heykәltәraşlığının әn dәyәrli nümunәlәrindәndir. 50–60-cı illәrdә yaratdığı “Çoban” (gips, 1950, Azәrb. Milli İncәsәnәt Muzeyi; tunc, 1951, Tretyakov qalereyası, Moskva), “Azәrbaycanlı qadın” (gips, 1951) vә s. әsәrlәrindә milli cizgilәr güclüdür. Suxe-Bator vә marşal X.Çoybalsanın büst-abidәlәri dә (hәr ikisi mәrmәr, 1954, Monqolustan, Ulan-Bator) Ə. yaradıcılığında önәmli yer tutur. Rudәkinin Düşәnbәdә (tunc, qranit, 1964, memar M.Hüseynov; SSRİ Rәssamlıq Akademiyasının qızıl medalı), İbn Sinanın Buxaradakı (tunc, qranit, açılışı 1975 ildә olmuşdur; Ə.-a geniş şöhrәt qazandırmışdır.
Ябдцррящманов Ф. Низами Эянъявинин абидяси. Бакы.
Ömrünün son illәrindә Sovet İttifaqı Qәhrәmanı M.Hüseynzadәnin monumental abidәsini (tunc, qranit, 1973 ildә Bakıda açılışı olmuşdur; memar M.Hüseynov) yaratmışdır. Ə.-un maketi üzrә 1985 ildә Lüksemburq ş.-ndә Nizaminin tunc heykәli qoyulmuşdur. Ə. 1942–48 illәrdә Azәrb. Dövlәt Rәssamlıq Mәktәbindә dәrs demişdir.
Ябдцррящманов Ф. Мещди Щцсензадянин абидяси. Бакы.
Əd.: Novruzova C. Sovet Azәrbaycanının heykәltәraşlığı. B., 1973; Əliyev A. Fuad Əbdürrәhmanov. B., 1986; Наджафов М.Ф. Абдурахманов. М., 1954.