ƏBDÜRRƏHMANOVA Dilbәr Qulamovna (1.5.1936, Moskva – 20.3.2018, Daşkәnd) – özbәk dirijoru, violinçalan, pedaqoq. SSRİ xalq artisti (1978). Daşkәnd Dövlәt Konservatoriyasını (1960, M.Əşrәfinin sinfini) bitirmişdir. Gәnclәrin 6-cı Ümumdünya festivalında (1957, Moskva) qızıl medala layiq görülmüşdür. Nәvai ad. Özbәkistan Opera vә Balet Teatrı simfonik orkestrinin violinçalanı (1955–60), dirijoru (1960–74), baş dirijoru vә bәdii rәhbәri (1974–90) olmuşdur. Quruluşçu dirijor kimi fәaliyyәt göstәrmişdir. Özb. Dövlәt Konservatoriyasının prof.-u vәzifәlәrindә çalışmışdır. Dirijorluq etdiyi 60-dan çox opera vә balet tamaşasına, o cümlәdәn “Şopeniana” (F.Şopen), “Şәhrizad” (N.Rimski-Korsakov), “Baxçasaray fontanı” (B.Asafyev), “Aida”, “Traviata” (C.Verdi), “Jizel” (A.Adan), “Sonalar gölü” (P.Çaykovski), “Sevilya bәrbәri” (C.Rossini) vә s. dirijorluq etmişdir. Bir çox xarici ölkәdә qastrol sәfәrlәrindә olmuşdur.