ƏBDÜRRƏZZAQ Abdi Əfәndi (1835, İstanbul – 11.9.1914, İstanbul) – türk aktyoru. 19 әsrin axırlarında Türkiyәnin mәşhur komiklәrindәn biri olmuşdur. Sәhnә fәaliyyәtinә 1873 ildә “Tüluat” teatrında başlamış, 1885 ildә “Handehaneyi-Osmani” (“Türk gülüş evi”) truppasını yaratmışdır. “Balıqçı Abdi”, “Camaşırçı qızlar” vә s. tamaşalarda oynadığı rollar ona şöhrәt qazandırmışdır. 1908 ildә İstanbulda açıq sәhnәdә “Vәtәn, yaxud Silistriya” (Namiq Kamal) pyesini tamaşaya qoymuş, baş rolda özü çıxış etmişdir. Ə.-ın yaradıcılığı Türkiyә teatrının inkişafına böyük tәsir göstәrmişdir.