Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏBƏDİ SÜLH

    “ƏBƏDİ SÜLH” (1686) – Moskvada Reç Pospolita seyminin tәşәbbüsü ilә Rusiya ilә Reç Pospolita arasında aprelin 26-da (mayın 6-da) bağlanmış 33 maddәdәn ibarәt müqavilә. “Ə.s.” müqavilәsini imzalamaqla Reç Pospolita Andrusovo barışığının (1667) şәrtlәrinә öz xeyrinә yenidәn baxılmasına çalışsa da, Rusiya nümayәndә heyәtinin başçısı V.V.Qolitsın buna imkan vermәdi. “Ə.s.” Rusiya çarı vә Reç Pospolita kralının titulаturasını müәyyәnlәşdirir, hәr dәfә monarxın dәyişdiyi zaman hәr iki dövlәtdә müqavilәnin yenidәn ratifikasiyasını nәzәrdә tuturdu. “Ə.s.” Andrusovo barışığının şәrtlәrini tәsdiq edir, Kiyevlә birlikdә Solsahil Ukraynasının (bunun müqabilindә Reç Pospolita 146 min rubl mәblәğindә kompensasiya alırdı: birdәfәyә 100 min rubl, 1687 ilin yanvarınadәk 46 min rubl), Zaporojyenin, Çerniqov vә Starodub şәhәrlәri ilә birlikdә Seversk torpaqlarının, әtrafı ilә birlikdә Smolenskin Rusiyaya hәmişәlik verilmәsini tәsdiq edirdi. İki dövlәt arasında mübahisәli әrazilәrin sәrhәdlәrinin müәyyәnlәşdirilmәsi qәrara alınırdı. Rusiya Osmanlı imperiyası ilә bağladığı sülhü lәğv etmәyi, Reç Pospolitanı tatarların hücumundan qorumaq üçün qoşun göndәrmәyi, hәmçinin Don kazaklarını 1687 ildә Krım xanlığına qarşı böyük hәrbi yürüşә tәhrik etmәyi üzәrinә götürdü. Bununla yanaşı, hәr iki dövlәt qarşıdakı müharibәlәr zamanı Osmanlı dövlәti ilә separat sülh bağlamamağı öhdәsinә götürürdü. Tacirlәrә (yәhudilәr istisna olmaqla) azad alış-veriş vә hәrәkәt hüququ verir, Moskva, Vilno, Varşava, Krakov onlar üçün açıq elan olunurdu. “Ə.s.” Avropada Türkiyә әleyhinә ittifaqın (Reç Pospolita, Rusiya, Müq. Roma imperiyası, Venesiya) qәti formalaşmasını başa çatdırdı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç