Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏBƏDİLİK

    ƏBƏDİLİK – 1) varlığın vә hәyatın tam mәcmu halı, dәyişmәzliyi vә bütövlüyü; 2) sonsuz müddәtlilik. Yunan fәlsәfәsi vә poeziyasında hәr şeyin, o cümlәdәn fani varlığın, konkret olaraq insanın “hәyat müddәti” Ə.-in (eon, yun. αίών) ilkin mәnası idi (Homer, Hesiod vә Empedoklda). Lakin Sokratdan әvvәlki filosoflar – Empedokl, Anaksimen, Anaksimandr vә Filolay Ə.-i bitib-tükәnmәz dövr, o cümlәdәn canlı alәmә dirçәliş vә yeni hәyat bәxş edәn silsilәvi zaman mәnasında anlamağa başladılar. Bununla yanaşı, varlığı hәmişә zәruri mövcud vә hәmişә “indi olan” mövcudluq (çünki varlıq mövcud olmaya bilmәz), mütlәq mәcmu kimi tәsәvvür edәn Parmenidin tәsiri altında Ə.-in vahid an kimi “indi olan” tam mәcmu halı vә hazırda zaman xaricindә mövcud olan digәr anlamı da yarandı. Ə. haqqında bütün sonrakı tәsәvvürlәri bu iki tәsәvvürdәn birinin müxtәlif variantları kimi başa düşmәk olar. Platonun әsәrlәrindә Ə. haqqında hәr iki tәsәvvür mövcuddur. Ə. “Dövlәt”dә bitib-tükәnmәyәn dövrdürsә, “Timeya”da ideal proobrazların – әşya-eydosların mәcmusu kimi, ağılla dәrk olunan tәbiәti xarakterizә edir (Platon tәbiәti yaranış zamanı ağıl-demiurqun nәzәr saldığı, yaxud haqqında düşündüyü әbәdi canlı varlıq adlandırırdı); belәliklә, Ə. dәyişmәz, dünyadankәnar dünya başlanğıcını sәciyyәlәndirir vә onun dәrki yalnız tәfәkkürlә mümkündür, yәni zaman üçün paradiqma (nümunә) rolunda çıxış etmәklә varlığa xas olur. Ə. tәkin içindәdir vә heç bir sonlu rәqәmlә ölçülә bilmәyәn, bölünmәz vә tәkdir, tam halda hazırda mövcud olana aiddir, nәhayәt, tәşәkküldәn, hәrәkәtdәn vә dәyişiklikdәn kәnardadır, hәmişә, eyni zamanda dәyişmәz olaraq yalnız “vardır”. Aristotel dәyişmәz sәmavi әşyalar haqqında xoşbәxt vә müstәqil hәyata malik olan, Ə.-dә yerlәşәn varlıqlar kimi danışarkәn (“Sәma haqqında”), Ə.-i bitib-tükәnmәyәn dövr mәzmununda başa düşür. Ə. zamana qarşı qoyulmur, lakin başlanğıca vә sona malik olmadan o, bütün zamanı ehtiva edir. Aristotel üçün әbәdi hәrәkәt verici qüvvә olan әbәdi varlıq özözü haqqında düşünәn tәfәkkürdür. Bu halda o, ehtimalda yox, yalnız gerçәklikdә
    mövcud ola bilәr; demәli, o yarana bilmәz vә daimi varlıq kimi zәruri mövcuddur. Əbәdi varlıq olmadan yaranış da mümkün deyil: yaranmışın ilk sәbәbi yaradılmamış olmalıdır, әks halda sonsuz tәnәzzüldәn qaçmaq mümkünsüzdür. Plotinin traktatlarından biri (“Enneadlar”, III, 7, 45) Ə. anlayışının tәhlilinә hәsr olunmuşdur. Əgәr zaman canın hәyatını diskursiv tәfәkkür ardıcıllığı ilә vә bir vәziyyәtdәn digәrinә keçiddә üzә çıxarırsa, Ə. ağlın hәyatını ideal obyektlәrin keçmişdәn vә gәlәcәkdәn kәnar vahid mәcmusu kimi, onun tam yığcamlığında vә özünü düşünәn tәfәkkürün dәyişmәzliyindә sәciyyәlәndirir. Ə. zamanın proobrazıdır, lakin özünün tamlığı hazırkı ilә bölünmәz mövcudolana mәxsusdur; bu zaman Plotin hazırkı bölünmәz mövcudolanı zamana aid
    dәyişmәz “indi” ilә eynilәşdirmir. Yamvilixdәn başlayaraq, Ə.-in şәrhindә “indi olan” anlayışı mәrkәzi rol oynayır. Plotindәn fәrqli olaraq, Yamvilix ağlı fiziki
    zamanı doğuran xüsusi “ağıllı zaman”la әlaqәlәndirir. Proklda proobraz – Ə.-lә onun obrazı olan “ağıllı zaman” arasındakı münasibәt nöqtәnin (dairәnin mәrkәzi) xәttә (dairәyә) münasibәtinә bәnzәdilir. Sonrakı yunan nәzәriyyәlәrindә Ə. vahid varlıq, monadik toplu, bölünmәz vә hazırda mövcud olan (αίών, aeternitas) kimi hәmişә var olan, bütün zamanlarda mövcud olandan (άΐδιον, ά διότης, sem piternitas, perpetuitas, aevum, aevi-ternum) fәrqlәnir. Orta әsr mütәfәkkirlәri Ə.-i başlıca olaraq kosmoloji vә teoloji aspektlәrdә nәzәrdәn keçirirdilәr. Kosmoloji aspektdә bu, dünyanın Ə.-i haqqında mәsәlәdir: Aristotelә görә, dünya әbәdidir, yәni öz müddәtliliyi baxımından hüdudsuzdur, hәr zaman olmuş vә hәr zaman olacaqdır; Platonun vә neoplatonçuların tәlimindә isә dünya başlanğıca malikdir, lakin bu başlanğıc zaman daxilindә deyil, çünki zaman dünya ilә birlikdә yaranmışdır; Foma Akvinalı isә dünyanın әbәdi, zamandankәnar yaradılışı anlayışı vasitәsilә bu baxışların hәr ikisini birlәşdirmәyә çalışmışdır. Teoloji aspektdә bu, Allahın Ə.-i mәsәlәsidir. Ə.-in Platondan gәlәn әbәdi mövcud olan vә dәyişilmәz hazırkı mövcud olan anlamı Boetsidә aşağıdakı kimi ifadә olunmuşdur: Ə. sonsuz hәyatı kamil vә bütünlükdә әldә etmәkdir (“Fәlsәfә ilә tәskinlik haqqında”, V, 6). Avqustin Ə.-i daim Allahda (onun üçün bütün dövrlәr hәrәkәtsizdir) mövcud
    olan, vahid, zamandankәnar vә zamana qәdәrki hәrәkәtsiz, “indi olan” (nunc stans), hazırda mövcud olan kimi şәrh etmişdir (“Tövbә”, XI, 13). Müsәlman mәnbәlәrindә bölünmәz davamlılıq kimi Ə. bölünә bilәn zamandan fәrqlәndirilir; fәlsәfә vә tәsәvvüfdә, әsasәn, “әbәd”, yaxud “әbәdiyyәt”, kәlamda isә “bәqa” terminlәri ilә ifadә olunur. İbn Sina kainatın başlanğıcı vә sonu olmadığı, lakinbu davamlılığın öz-özündәn deyil, zәruri mövcud olan Allahın varlığından qaynaqlandığı fikrini irәli sürürdü. Mütәkәllimlәr kainatın әzәliliyi fikrini inkar etsәlәr dә, onun sonlu olmağının zәruriliyini dә qәbul etmirdilәr. İbn Hәzm bu baxımdan canın әbәdiliyi mәsәlәsini nәzәrdәn keçirirdi. Cәhm ibn Sәfvan isә Allahdan başqa hәr şeyin mәhv olacağı barәdә ayәyә (55:26–27) әsaslanaraq vә varlıqların әzәli olmadığına görә, әbәdi dә ola bilmәyәcәyi fikrindәn çıxış edәrәk, cәnnәt vә cәhәnnәmin Ə.-ini inkar edirdi. Əsas diqqәti zaman fenomeninә yönәldәn yeni dövr filosofları Ə. anlayışını praktiki olaraq nәzәrdәn keçirmәmişlәr. Onlarda Ə. әsas etibarilә sonsuz müddәtlilik kimi başa düşülәn ilahi hәyata vә tәfәkkürә aid edilir (R.Dekart, P.Qassendi, İ.Nyuton. E.B.Kondilyak vә b.). Müasir fәlsәfәdә, konkret olaraq M.Haydeggerdә, varlıq zamanlılıq strukturu ilә bağlıdır vә zaman kimi başa düşülür, bu isә Ə. haqqında mәsәlәnin özünü mәnasız edir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç