ƏBİLOV Abdulrza Hacıbala oğlu (22.4.1931, Bakı – 23.12.2003, Bakı) – avtomatika sahәsindә Azәrb. alimi, texnika e.d. (1986), prof. (1987). Azәrb. Dövlәt Sәnaye İn-tunu (indiki ADNSU) bitirmişdir (1951). Azәrb. SSR EA-nın Energetika İn-tunda böyük elmi işçi (1963–67), Y.H.Mәmmәdәliyev ad. Neft-Kimya Proseslәri İn-da laboratoriya müdiri (1969–92) olmuşdur. 1993–2003 illәrdә Türkiyәnin Ankara Untindә işlәmişdir. Tәdqiqatları katalitik proseslәrin vә reaktorların avtomatlaşdırılmasına, riyazi modellәşdirilmәsinә, optimal layihәlәndirmә vә idarәetmә problemlәrinә hәsr edilmişdir. 350 elmi әsәrin, o cümlәdәn 4 monoqrafiya vә dәrsliyin müәllifidir. Elmi kadrların hazır lanmasında xidmәti var.