Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏBİLOV İbrahim Məhərrəm oğlu

    ƏBİLOV İbrahim Mәhәrrәm oğlu (1882, Ordubad – 23.2.1923, Türkiyә, İzmir) – AXC parlamentinin deputatı, Azәrb. SSR-in ilk diplomatlarından biri. Or dubadda M.T.Sidqinin “Əxtәr” mәktәbindә oxumuş, atasının vәfatından sonra tәhsilini yarımçıq qoymuşdur. 1903 ildәn Port-Petrovskda (indiki Mahaçqala) vә Bakıda fәhlәlik etmiş, “Hümmәt” tәşkilatının (menşevik) üzvü olmuşdur. 1907 ildә Bakı Xәzәr Ticarәt donanması dәnizçilәrinin tәtilinin tәşkilatçılarından idi. 1908 ildә N.Nәrimanovun tapşırığı ilә İrana göndәrilmişdir. 1909 ildә Bakıya qayıtdıqdan sonra “Bakı hәyatı” qәzetinin redaktoru (1912) idi. Çar hökumәti tәrәfindәn dәfәlәrlә hәbs olunan Ə. 1913 ildә Hәştәrxana sürgün edilmişdir. Çarizm devrildikdәn sonra sürgündәn qa yıdan Ə. Tiflisdә menşevik “Hümmәt” tәşkilatının görkәmli xadimlәrindәn biri olmuşdur. 1918 ilin axırlarında Bakıya gәlәn Ə. AXC parlamentinә deputat se çilmiş vә sosialistlәr fraksiyasına başçılıq etmişdir. 1920 ildә Bakı menşeviklәrinin orqanı olan “İskra” qәzetinin redaktoru idi. 1920 ildәn Azәrb. SSR daxili işlәr nazirinin müavini tәyin olunmuş, Şәrq xalqlarının I qurultayında Şәrq Xalqları Tәbliğat vә Tәşviqat Şurasının katibi seçilmişdir. 1921 ildә Kommunist İnternasionalının 3-cü konqresindә iştirak etmişdir. 1921 ildәn N.Nәrimanovun tövsiyәsi ilә Azәrb. SSR-in, sonra isә ZSFSR-in Türkiyәdә fövqәladә vә sәlahiyyәtli sәfiri olmuş, sovet–Türkiyә, o cümlәdәn Azәrb.–Türkiyә dostluq münasibәtlәrinin möhkәmlәndirilmәsindә böyük rol oynamışdır. Onun tәşәbbüsü ilә Türkiyәnin Trabzon vә Samsun şәhәrlәrindә Azәrb.-ın konsulluqları açılmışdı. Ə.-un sәmәrәli diplomatik fәaliyyәti vә bilavasitә iştirakı sayәsindә sovet respublikaları ilә Türkiyә arasında bir sıra ikitәrәfli vә çoxtәrәfli müqavilәlәr imzalanmışdır. Türkiyә Cümhuriyyәtinin banisi vә ilk prezidenti Atatürk ilә sıx dostluq münasibәtlәri olan Ə. Azәrb. hökumәti adından dostluq vә qardaşlıq rәmzi olaraq Atatürkә qızıl xәncәr hәdiyyә etmişdir. Bakıda dәfn olunmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç