ƏBİLOV Mahmud Əbdülrza oğlu (1898, Qusar r-nunun Ukur k. – 3.1.1972, Bakı) – Azәrb. hәrbi xadimi, gen.-m. Bakı (1921) vә Tiflis (1930) hәrbi mәktәblәrini bitirmişdir. Böyük Vәtәn müharibәsi başlayarkәn Novosibirsk hәrbi dairәsindә yaradılmış 146-cı atıcı briqadasının komandiri tәyin olunmuş, 1943 ildә Ə. Kaluqa ş.-ndә 146-cı atıcı briqadasının әsasında yaradılan 70-ci atıcı diviziyasının komandiri olmuşdur. Baltikayanı resp.-ların düşmәndәn tәmizlәnmәsindә, Polşa, Çexoslovakiya vә Macarıstanda gedәn döyüşlәrdә rәşadәt göstәrmişdir. Müharibәdәn sonrakı illәrdә Ə. diviziya komandirinin müavini, atıcı diviziya komandiri olmuşdur. 1955 ildә ordudan ehtiyata buraxılmışdır. SSRİ Ali Sovetinә (3–4-cü çağırış) deputat seçilmişdir. Lenin ordeni, 5 “Qırmızı Bayraq” ordeni, 2-ci dәrәcәli Suvorov ordeni, 2-ci dәrәcәli Kutuzov ordeni, Boqdan Xmelnitski ordeni, “Qırmızı Ulduz” ordeni vә medallarla, Polşa vә ABŞ-ın ordenlәri ilә tәltif edilmişdir.