ƏBİYEV Musa Baba oğlu (28.2.1896, Bakı yaxınlığında Əmircan k. – 6.3.1975, Bakı) – Azәrb. cәrrahı, uroloq. Tibb e.d. (1945), prof. (1947), Azәrb. SSR әmәkdar hәkimi (1960). Azәrb. Dövlәt Un-tinin tibb fakültәsini (1925) bitirmişdir. Hәmin ildәn Azәrb. Dövlәt Un-tinin, sonra isә Azәrb. Dövlәt Tibb İn-tunun fakültativ cәrrahlıq kafedrasında işlәmişdir. 1941–45 il lәrdә Böyük Vәtәn müharibәsindә iştirak etmişdir. 1952–62 illәrdә Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun urologiya kafedrasının müdiri, 1964–75 illәrdә Azәrb. Dövlәt Tibb İn-tunun fakültativ cәrrahlıq kafedrası nәzdindәki urologiya tәdris kursunun rәhbәri olmuşdur.