ƏBRƏQUNUS (2003 ilәdәk Əbrәqunis) – Azәrb. Resp.-nın Culfa r-nunda (Nax. MR) kәnd. Əbrәqunus ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn vә d.y. st.-ndan 22 km şm.-da, Əlincәçayın sağ sahilindә, Zәngәzur silsilәsinin yamacındadır. Əh. 2171 (2011); üzümçülük, әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, internat mәktәbi, mәdәniyyәt evi, 3 kitabxana, uşaq bağçası, 35 çarpayılıq xәstәxana, ambulatoriya, poçt, ATS var.