ƏBRƏQUNUS NEKROPOLU III – Azәrb. Resp.-nın Culfa r-nunda (Nax. MR), eyniadlı kәndin c.-q.-indә, Əbrәqunus çayının sol sahilindә orta әsrlәrә aid
arxeoloji abidә. Sah. 1800 m2-dir. Qiblә istiqamәtindә olan qәbirlәrin baş daşıları saxlanmamış, sinәdaşıları kobud hazırlanmışdır. Bәzi qәbirlәrin üzәrinә yonulmamış dörd künc daşlar qoyulmuşdur. Sinәdaşılarında heç bir yazıya, işarәyә tәsadüf olunmamış, yalnız bir neçә qәbir daşının üzәrindә kiçik hәndәsi xәtlәr cızılmışdır. Nekropolun yaxınlığında alban xristian mәbәdi vardır. Abidә 16–18 әsrlәrә aid olduğu ehtimal edilir.