ƏBU BAKAR Əhmәdxan (Əhmәdxan Abakarovun tәxәllüsü) (12.12.1931, Dağıstan MSSR, Dahadayev r-nunun Kubaçi k. – 23.10.1991, Mahaç qala) – dargin yazıçısı, publisist, ssenarist, DağıstanMSSR xalq yazıçısı (1969). Moskvadakı M.Qorki ad. Ədәbiyyat İn-tunu bitirmişdir (1956). Yaradıcılığa şeirlә başlamışdır (“Şәfәq” şeir toplusu, 1954; “Acı hekayә” poeması, 1955). “Temir-bulat” (1957), “Yol kәnarında abidә” (1958), “Bal qayaları” (1964), “Qar adamları” (1966), “Qodekanın boyunbağısı” (1967), “Quran әlyazmasının sirri” (1971), “Qartal yuvasında günәş” (1975), “Xarbukdan olan Paqanini” (1986) vә s. povestlәrin, “Yapıncı geymiş adamlar” (1959) pyesinin müәllifidir. Uşaqlar üçün dә әsәrlәr yazmışdır: “Bağlar vadisindәn olan Hәbibulla baba” hekayәlәr toplusu (1966), “Nurәddin - qızıl әllәr” (1964) pyesi. Ə.B.-ın ssenarilәri vә әsәrlәrinin motivlәri әsasında filmlәr çәkilmişdir (“Buludlar sәmanı tәrk edir”, 1959; “Adәm vә Hәvva”, 1969; “Gepard”, 1979 vә s.).
Ə s ә r l ә r i: Абу-Бакар. Повести. М., 1968.