DYOMA – RF-dә, әsasәn Başq. Resp.-nda çay. Belaya çayının (Kama hövzәsi) sol qolu. Uz. 535 km, hövzәsinin sah. 12,8 min km2. Obşi Sırt yüksәkliyinin şm.-q. yamacından başlanır. Dәrәsi enli vә dolanbacdır; aşağı axınında çoxlu qollara vә qurumuş çay yataqlarına ayrılır. Әsasәn, qar suları ilә qidalanır. Noyabrın ortasından aprelin ortasınadәk buzla örtülü olur. Ortaillik su sәrfi aşağı axınında 42,3 m3/san-dir. Hövzәsindә ümumi sah. 37,4 km2 olan 415 göl var. Davlekanovo ş. D.-nın sahilindәdir.
Дйома чайы (РФ).