DYOR-MOŞON-ŞÓPRON – Macarıstanın şm.-q.-indә medye. Avstriya ilә sәrhәddәdir. Sah. 4,2 min km2. Әh. 448,4 min (2010). İnz. m. Dyor ş.-dir. Medyenin әrazisini Orta Dunay düzәnliyinin bir hissәsi olan Kişalfeld ovalığı – Dunay vә onun qolu Raba ilә suvarılan şum torpaqları tutur.
Medye mühüm ticarәt, k.t., sәnaye, nәql., elәcә dә mәdәni mәrkәzdir. Burada fәaliyyәt göstәrәn әn iri şirkәtlәr: “Audi Hungária Motor Kft.”, “Észak-dunántúli Áramszolgáltató Zrt.”, “Rába Futómȕ Kft.” (2006). Әlverişli iqlim şәraitinin olması nәticәsindә k.t.-nın, әsasәn, üzümçülük (ağ üzüm – Tokay, badoçon vә s., qırmızı üzüm – “öküz qanı” vә s.), meyvәçilik (alma, armud, şaftalı, әrik, gavalı vә s.) vә şәrabçılıq sahәlәri sürәtlә inkişaf etmişdir.