ƏBU DABİ, Əbu Zәbi – BƏƏ-nin vә Əbu Dabi әmirliyinin paytaxtı. Əh. 1,4 mln. (2017). Şәhәr İran körfәzi sahilindә kiçik adada yerlәşir; materiklә әlaqәsi üç körpü vasitәsilәdir. Port (illik yük dövriyyәsi 4 mln. t). Beynәlxalq aeroport.
Əsası 1760-cı illәrdә qoyulmuşdur. 1793 ildәn Əbu Dabi hakiminin iqamәtgahıdır. Şәhәrdә süni yaşıllaşdırma sahәlәri çoxdur. Ə.D.-nin Ağ istehkam (әl-Hәsn sarayı, 1793) adlandırılan әn qәdim binasında Əmirliklәrin islam tarixinin sәnәdlәşdirilmәsi vә tәdqiqi mәrkәzi yerlәşir.
Ябу Даби шящяриндян эюрцнцш.
Un-t (2003), Paris-Sorbonna (2006), Xәlifә (2007) un-tlәri, Nyu-York Un-tinin kampusu (2010), “Mәdәni-etnoqrafik kәnd” muzeyi, Milli sәrgi mәrkәzi, qapalı mәkanda yerlәşәn ilk әn böyük Ferrari parkı vә s. var.
Ябу Даби. Шейх Защид мясъиди.
Ябу Даби. Феррари паркы.
İri neft-qaz hasilatı regionunun inzibati, maliyyә, nәql. vә kommersiya mәrkәzidir. Neft, әsasәn, Zaid portundan ixrac edilir. Neft-kimya kompleksi, polad boru vә sement istehsalı müәssisәlәri var. Beynәlxalq fond birjası, maliyyә fyuçersi birjası, әmtәә birjası, AİT-in milli fond birjası, klirinq palatası, bir çox banklar, o cümlәdәn Əbu Dabi Milli bankı fәaliyyәt göstәrir.