ƏBU DƏBBAB TANTAL YATAĞI – Misirdә, Qırmızı dәnizin q. sahilindә, Qahirә ş.-ndәn 770 km c.-dadır. 1970 ildә kәşf edilmişdir. 2004 ildәn qarışıq üsulla istismar olunur. Filizin ümumi ehtiyatı 48 mln. t, tәsdiq olunmuş ehtiyatı isә 12 mln. t-dur. Ta2O5-in filizdәki orta miqdarı 0,027%-dir. Yataq Şimal-Şәrqi Afrikanın vә Ərәbistan y-a-nın qәlәvi qranit vә peqmatitlәri ilә әlaqәdardır; filizlәşmә intruziyanın albitlәşmiş üst hissәsindәdir. Filiz cisminin maks. qalınlığı 400 m-dir. Filizlәr niobit-tantalit-kassiterit tәrkiblidir (niobium vә qalay da çıxarılır).