ƏBU DÜLƏF Misar ibn әl-Mühәlhil әl-Xәzrәci әl-Yәnbui (?–?) – 10 әsr әrәb sәyyahı. 913 ildә Ərәbistandan Buxaraya köçәrәk bir müddәt Samani hökmdarı Nәsr ibn Əhmәdin [914–943] sarayında yaşamışdır. 942 ildә Şәrqi Türküstan, Tibet, Çin vә Hindistana sәyahәt etmiş, “Birinci risalә” әsәrini yazmışdır. Ə.D. 952–953 illәrdә Azәrb., İran vә Ermәnistanda olmuş vә sәyahәtini “İkinci risalә” әsәrindә tәsvir etmişdir. Əsәrdә Azәrb.-ın dağları, çayları, faydalı qazıntıları, Şiz (Qazaka), Ərdәbil, Bakı, Bәrdә, Bәrzәnd, Varsan, Beylәqan, Urmiya şәhәr-lәri, Bәzz qalası vә s. haqqında mәlumat verilmişdir.
Əsәri: Вторая записка Абу Дулафа. Издание текста, пер., введение и комментарии П.Г.Булгакова и А.В.Халидова. М., 1960.
Əd.: Vәlixanlı N.M. IX–XII әsr әrәb coğrafiyaşünas-sәyyahları Azәrbaycan haqqında. B., 1974; Буниятов З.М. Обзор источников по истории Азербайджана (источники арабские). Б., 1964.