ƏBU FİRAS Əbu Firas Haris ibn Sәid ibn Hәmdan әl-Hәmdani (932–968) – әrәb şairi. Üç yaşında ikәn Mosul hakimi olmuş atasını itirmiş, әvvәl anasının, sonra Hәmdani hökmdarı Seyfәddövlәnin [945–967] himayәsindә yaşamışdır. 948 ildә Mәnbicin hakimi olmuşdur. Seyfәddövlәnin apardığı müharibәlәrin әksәriyyәtindә iştirak etmişdir. Saray çәkişmәlәri nәticәsindә öldürülmüşdür. Şeirlәrindә Cahiliyyә dövrü әdәbiyyatının güclü tәsiri hiss olunur. Mühafizәkar şair olmuş, qәsidәlәrini әnәnәvi formada – nәsib hissәsi ilә başlamışdır. Yaradıcılığında cәngavәrlik ruhu incә lirizmlә birlәşәrәk, şairin qәhrәman aşiq obrazını canlandırır. O, daim siyasi proseslәrin içindә olmasına baxmayaraq, ictimai-siyasi mәsәlәlәri, demәk olar ki, işıqlandırmamışdır. Əsilzadәlik ruhunu qoruyub saxlayan şair daha çox Bizans әsirliyindә (962–66) yazdığı vә “Hәbsiyyat”, “Rumiyyat” adı ilә tanınan şeirlәrilә mәşhur olmuşdur. Ölümündәn әvvәl özü üçün mәrsiyә yazmışdır. Fәxriyyәlәri, Seyfәddövlәyә vә xanәdanın digәr üzvlәrinә mәdhi yyәlәri var. Divanı 1873, 1900, 1910, 1944, 1961 illәrdә Beyrutda, 1987 ildә Dәmәşqdә çap olunmuşdur.