EBÉKO –RF-nin Saxalin vil. әrazisindә, Paramuşir a.-nın (Kuril a-rının şm. hissәsindә) şm.-ında fәaliyyәtdә olan vulkan. Hünd. 1138 m-әdәkdir. Andezit vә bazaltlardan tәşkil olunmuşdur. Hәr birinin diametri 250–350 m olan üç kraterdәn ibarәtdir; kraterlәrdә göllәr, mineral bulaqlar, solfatarlar var. 1793, 1859, 1934–35, 1963, 1967 illәrdә püskürmüşdür.
Ебеко вулканы.